ESPN Messini seçdi

ESPN Messini seçdi

İdman
11 İyul 2019, 11:00 261
ESPN ilin ən yaxşı idmançılarını mükafatlandırıb. 
 
Kaspi.az xəbər verir ki, "Barselona”nın futbolçusu Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib. Messidən savayı bu mükafata Krişttiano Ronaldo, Kilian Mbappe və Vircil van Deyk də namizəd idi. 
 
Messi ötən mövsüm İspaniya çempionluğunu qazanıb. O, 36 oyunda 34 qol vuraraq, həm də  bombardir olub. Leo mövsümün nəticələrinə görə "Qızıl buts” mükafatına da layiq görülüb. 
 
O, Çempionlar Liqasında keçirdiyi 10 oyunda da 12 qol vurub.