• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Ərdoğan İzmirdəki zəlzələyə görə dəstəyini təklif edən ölkələrə təşəkkür edib

30.10.20 22:17 423
Ərdoğan İzmirdəki zəlzələyə görə dəstəyini təklif edən ölkələrə təşəkkür edib

"Azərbaycandan Cənab İlham Əliyev qardaşım telefonla zəng edərək zəlzələ ilə əlaqədar hər cür şəkildə Türkiyəyə dəstək verməyə hazır olduqlarını dedi”.
APA-nin yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsatnbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı çıxışında bu gün İzmirdə baş verən zəlzələdən sonrakı vəziyyəti dəyərləndirərkən deyib.
R.T.Ərdoğan təbii fəlakətlə əlaqədar Türkiyəyə dəstək təklif edən bütün ölkələrə təşəkkürünü bildirib.
Prezident deyib ki, zəlzələdə xəsarət alanların sayı 438-ə, ölənlərin sayı 12-yə çatıb: "Yaralılardan 5-i cərrahi əməliyyata götürülüb, 8-nin vəziyyəti ağırdır”.
banner

Oxşar Xəbərlər