AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalanıb

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalanıb

Mədəniyyət
01 Mart 2021, 15:45 507
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliği və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalanıb. 
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Sənədi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Türk İşbirliği və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar imzalayıb.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib.