• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

“Dünyasını dəyişmiş xanımlardan birinin şəklini görüb ona vurulur” – Onun film seçimi

25.05.19 13:30 2350
“Dünyasını dəyişmiş xanımlardan birinin şəklini görüb ona vurulur” – Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə psixoloq Orxan Orucun məsləhət gördüyü filmləri təqdim edirik.
Psixoloqun ilk məsləhəti "Gəzən ölülər” (The walking dead) serialı oldu: "Vampirlərdən bəhs etdiyi üçün çox adam ilk baxdığında düşünə bilər ki, bu, psixoloqun məsləhət görəcəyi serial deyil. Ancaq burda ideya odur ki, yer kürəsində həyat məhv olur, hamı vampirlik virusuna tutulur. Bir qrup insan sağ qalır və onlar həyat uğrunda mübarizəyə başlayırlar. Yəni bütün sistem çökür, heç nə olmur, texnologiya, elektrik yoxdur, bunların hamısını yenidən yaratmalıdırlar. Amma əllərində əvvəlki dövrlərin resursları olur. Sağ qalmaq uğrunda mübarizə aparanlar birləşib qruplar əmələ gətirirlər, sonra qruplar birləşib mini dövlətlər yaradır. Serialda insan psixikasında maraqlı proseslər gedir, cəmiyyətlərin, inancların, idarəetmə formalarının necə yaranması ilə bağlı maraqlı yanaşmalar var”.
Onun ikinci seçimi "Dejavü” oldu: "Filmdə bir terror hadisəsi baş verir. Hadisəni araşdırmaq üçün köhnə detektivlərdən birini işə cəlb edirlər. Hansı ki, həmin şəxs uzun müddət idi ki, pensiyaya çıxmışdı. Lakin bu hadisə ilə bağlı yenidən iş başına qayıtmağa məcbur olur. Qayıdanda görür ki, öz sahəsində çox ciddi elmi-texniki yeniliklər tətbiq edilir. İstintaqda tətbiq olunan yeni qurğu və avadanlıqlarla artıq əvvəlki tarixə qayıtmaq, hadisələrə müdaxilə etmək mümkündür. Terror zamanı dünyasını dəyişmiş xanımlardan birinin şəklini görüb ona vurulur və qərara gəlir ki, texnologiyanın verdiyi üstünlükdən istifadə edib terrorun baş verdiyi zamana qayıtsın, hadisələri dəyişməyə çalışıb xanımı xilas etsin. Amma hadisələrə hər dəfə müdaxilə etdikcə, nələrisə dəyişməyə çalışdıqca, başqa neqativ hadisələr baş verir. Bir növ, yaşanılan hadisələrin qismət olduğu qənaətinə gəlinir. Burda məsələyə din nöqteyi-nəzərindən yanaşılmır, amma bildirilir ki, nə isə baş verəcəksə, mütləq olur”.
O.Oruc son olaraq "Gözəl düşüncə” (Beautiful mind) filmini qeyd etdi: "Beynimizin həyatımızdakı rolu, yaranan illüziyaların təsiri haqqında olan maraqlı filmdir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər