• cümə, 26 Aprel, 19:59
  • Baku Bakı 22°C

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

06.11.22 12:00 1967
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

 Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq. İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq. Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb. İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.

banner

Oxşar Xəbərlər