• cümə, 26 Aprel, 20:03
  • Baku Bakı 22°C

Dünya çempionatında ilk medal

21.04.14 14:43 1229
Dünya çempionatında ilk medal
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ¼ final mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, ilk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb.
Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib – 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq, dünya birinciliyinin medalını özünə təmin edib.
Bu gün daha 4 boksçumuz rinqə çıxacaq:
64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev – Toni Filipi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)
banner

Oxşar Xəbərlər