• cümə, 10 Oktyabr, 06:31
  • Baku Bakı 17°C

Dünya çempionatına ev sahibliyi edəcəyik

04.10.25 00:26 612
Dünya çempionatına ev sahibliyi edəcəyik

Azərbaycan daha bir möhtəşəm beynəlxalq idman turnirinə ev sahibliyi edəcək. Bu dəfə ölkəmiz növbəti futbol bayramını yaşayacaq. Söhbət 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatından gedir.

Qeyd edək ki, oktyabrın 2-də FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

AFFA-nın yaydığı məlumatda qeyd edilir ki, bu tarixi nailiyyət Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
FIFA prezidenti Canni İnfantino da instaqram hesabında Azərbaycan və Özbəkistanın dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib. O, paylaşımında yazıb ki, FİFA Şurasının seçimindən məmnundur. Bu tarixi turnir Avropa və Asiyanı birləşdirəcək, idmanımızın ən parlaq gənc istedadını nümayiş etdirəcək.

banner

Oxşar Xəbərlər