• cümə, 26 Aprel, 20:47
  • Baku Bakı 22°C

Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb

04.10.22 17:00 699
Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb

Dünya Bankı (WB) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4,2 %, 2023-cü ildə isə 2,8 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Dünya Bankının iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 1,5 % və 0,6 % çoxdur.

Dünya Bankı 2024-cü ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur.

banner

Oxşar Xəbərlər