AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dolu düşəcək, yüksək dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dolu düşəcək, yüksək dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət
03 May 2021, 14:45 550
Ölkə ərazisində hava şəraiti pisləşəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20  m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.
 
Mayın 5-dən 6-sı axşamadək  Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 
 
Qərb küləyi  əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək. 
Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.