• cümə axşamı, 25 aprel, 12:52
  • Baku Bakı 23°C

DİN: Postlardan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb

22.01.21 10:51 390
DİN: Postlardan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

banner

Oxşar Xəbərlər