Deputat: Xalqımız bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur
Düz bir il əvvəl sentyabrın 27-də dünyanın bütün güclü dövlətlərini təlatümə gətirən, bizi – Azərbaycan xalqını isə sevindirən bir tarixi hadisə baş verdi. Ermənistanın 30 ildən bəri davam edən və Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı, nəhayət, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Heç kim unutmayıb o günləri, unuda da bilmərik. O günlərdə bir təlatüm, həyəcan, qəribə bir yüngüllük və gərginlik anları yaşayırdı hamı. Yaşından, cinsindən, vəzifəsindən, siyasi mövqeyindən asılı olmadan, hamı eyni hisslərlə yaşayırdı, bir gözlənti içərisində idik. Səhər saatlarından bütün ölkəmizi qəribə bir sükunət ab-havası bürümüşdü, müharibə şəraitinə uyğun olaraq internet zəifləmiş, sosial şəbəkələrin çoxu susurdu… Gözlərimiz, qulaqlarımız ekranlarda donub qalmışdı. Hər dəqiqə, hər an bir xəbər gözləyirdik və bu xəbərləri alırdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.
"Elə ilk saatlardan uğurlarımızın müjdələrini almağa başladıq. Elə ilk gündən yaşayış məntəqələri azad edildikcə hamımız səbirsizliklə Prezident İlham Əliyevin tviter səhifəsində paylaşacağı yeni məlumatları, yaxud xalqa müraciətini gözləyirdik. Televiziya kanallarından aparıcının kövrələ-kövrələ "Daha bir mövqeyimiz düşmənlərdən azad edildi” sözlərini deyərkən göz yaşlarını saxlaya bilməməsi hamını riqqətə gətirmişdi və bu, beləcə düz 44 gün davam etdi”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, qısa müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, bir yumruq kimi birləşdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusu Vətənin torpaqlarını düşmən tapdağından xilas etmək kimi şərəfli missiyanın öhdəsindən gələ bildi.
"Əminik ki, müzəffər Ordumuzun bir il əvvəl yazdığı tarix inkişaf edəcək, Azərbaycan çiçəklənəcək, düşmənlərin xarabalığa çevirdikləri yurdumuz dirçələcək. Bu müqəddəs torpaqlarımıza bir daha düşmən ayağı dəyməyəcək, müqəddəs ocaqlarımız təhqir edilməyəcək, daha qoca ata-analarımız bu dünyadan Vətən, yurd, doğma torpaq nisgili ilə köçməyəcək”, - deyə Ü.Ağayeva vurğulayıb.
Deputat bildirib ki, xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin düşmən tapdağı altında qalan hissəsini geri almış, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam vermişdir.
Ülviyyə Ağayeva deyib: "Sabah Anım Günüdür. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğulları 30 il həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytarmış, bizə isə analarını, ailələrini, övladlarını əmanət qoyaraq bu dünyadan getmişlər. Onların anaları bizim anamız, övladları bizim balalarımızdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Rahat uyuyun, müqəddəs şəhidlərimiz, igid qardaşlarımız, qorxmaz oğullarımız. Sizin zəhmətiniz hədər getmədi, tökülən qanlarınız batmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.