• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

Deputat: "O binaları tikənlər insanların təhlükəsizliyini düşünmürlər"

22.06.21 11:18 214
Deputat: "O binaları tikənlər insanların təhlükəsizliyini düşünmürlər"
"Bakı şəhəri günü-gündən gözəlləşir. Bakı mədəniyyət şəhəri olaraq diqqəti cəlb edir. Gələn turistlər də bunu deyir”.
"Report"un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, amma Bakıda həm də ciddi problemlər var: "Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir.
Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər. Bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.

banner

Oxşar Xəbərlər