AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat əlilliyin qiymətləndirilməsinin bir orqana həvalə olunmasını təklif edib

Deputat əlilliyin qiymətləndirilməsinin bir orqana həvalə olunmasını təklif edib

Cəmiyyət
11 İyun 2021, 12:37 78
"Əlilliyin qiymətləndirilməsini bir orqana həvalə etməliyik”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.
 
Deputat bildirib ki, bu sahədə inzibati və cinayət tədbirlərini də sərtləşdirməliyik: "Bununla da saxta əlilliyi alana da, verənə də qarşı ciddi tədbirlər görülmüş olar. Digər tərəfdən Prezident İlham Əliyevin sərəncamı ilə icra hakimiyyəti orqanlarında Vətən müharibəsi qəhrəmanları ilə bağlı şöbə yaradıldı. Bu, digər şirkətlər üçün də yol xəritəsi olmalıdır”.