• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

Deputat əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib

22.06.21 12:18 289
Deputat əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib
"Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır: "Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.

banner

Oxşar Xəbərlər