AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir

Cəmiyyət
04 May 2021, 12:25 236
Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir.
 
APA-nın məlumatına görə, bu, "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” və "Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Dəyişikliyə əsasən, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə müddətlərdən asılı olaraq fərqli dövlət rüsumunun tutulması nəzərdə tutulub.

Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq (hazırda praktikada geniş istifadə edilir) dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir. Yeni layihəyə əsasən Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi:  on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.
 
Qeyd edək ki, qanunda olan mövcud praktikaya görə Dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb olunurdu.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.