• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

“Dedim ki, bir də təkrar etsə, bu dəfə təcili yardım gələcək” - Məktəb illəri

02.05.20 12:00 1724
“Dedim ki, bir də təkrar etsə, bu dəfə təcili yardım gələcək” - Məktəb illəri
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Almaniyada yaşayan xanəndə Vüsalə Musayevanın da həmçinin. V.Musayeva o illərdən bir xatirəsini bizimlə bölüşdü: "Uşaq vaxtı çox oğlan döyürdüm. Çünki qızlara sataşırdılar. Mən isə üzərimə, sanki onu bir vəzifə kimi biçmişdim. Orta məktəbin 5-ci sinfində oxuyarkən heç zaman yola getmədiyim bir oğlan sinif yoldaşım var idi. Onunla heç bir kompromisə gələ bilmirdik. Bir az da təkəbbürlü və müəllimləri, atasının prokuror olması ilə hədələyən uşaq idi. Əslində, valideynləri yaxşı insanlar idilər, sadəcə, uşaq yekəxana idi. Xülasə, günlərin bir günü idman dərsində bu oğlan guya öz qurduğu hiylə planı ilə məni yıxıb uşaqları gülürmək istəyirdi ki, mən onu yıxdım. Həqiqətən də, müəllim idman dərsində qaçmaq işarəsi verdiyi zaman, bu oğlan yanımda durmuşdu ki, məni itələyib yıxsın. Bəli, planı baş tutdu, ancaq özü də yıxıldı. Lakin sonrası ona məşəqqətli oldu. Əlimdə su termosu var idi. Ayağa qalxıb oğlanı o qədər çırpdım ki... Müəllim və şagirdlər sanki "al qisasımızı, halal olsun” baxışları ilə kənardan mənə ürəklərində hayqırırdılar. Xülasə, birtəhər bunu mənim əlimdən aldılar. Anam valideynlər komitəsinin sədri idi. Anası direktora və anama şikayət etmişdi. Məni çağırıb, "barışın, bir daha belə etmə” dedilər. Direktor dedi ki, bir də belə edəcəksən? Dedim ki, bəli. Bir də təkrar etsə, bu dəfə təcili yardım gələcək”.
banner

Oxşar Xəbərlər