• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Dahilər gənclik barədə belə deyir...

03.02.14 09:59 2410
Dahilər gənclik barədə belə deyir...
Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa.
(İmmanuel Kant)
Gənclik atda çapır, qorxmur heç nədən, qocalıq piyadadır, çəkinir büdrəməkdən.
(Şərq zərb-məsəli)
İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi,axtar bir bucaq.
(Nizami Gəncəvi)
İndiki gənclik dəbdəbəyə uyub iyrənc hərəkətlər edir. Şəxsiyyətlərə nifrət bəsləyir və böyüklərə hörmət etmir. Uşaqlar valideynləri ilə mübahisə edirlər, acgözdürlər və müəllimlərini dolayırlar.
(Sokrat)
Dünyada ən ağıllı iş gənclikdə qazandığın elmi qocalıqda xərcləməkdir.
(Ceyms Rendal)
Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər
(Həzrəti Əli əleyhissalam)
Gənclərə etibar etdikdə, onlardan hər şeyi düpbədüz icra etməyi tələb etmək lazım deyil. Buraxılan səhvlər istedadlı adamlara çox şeyi düzgün dərk etməyi öyrədir. Əlbəttə, qeyd etdiyimiz fikri cəfəngiyata çevirərək demək olmaz ki, adam həmişə səhv edə bilər.
(Azad Mirzəcanzadə)
banner

Oxşar Xəbərlər