• cümə, 19 Aprel, 18:25
  • Baku Bakı 24°C

BVF dünya iqtisadiyyatının bərpası üçün 650 milyard dollarlıq ehtiyat aktivləri ayırıb

03.08.21 09:00 278
BVF dünya iqtisadiyyatının bərpası üçün 650 milyard dollarlıq ehtiyat aktivləri ayırıb
Beynəlxalq Valyuta Fondu (BVF) pandemiyanın nəticələrindən ziyan çəkən dünya iqtisadiyyatının bərpasına dəstək üçün təşkilatın 650 milyard dollar həcmində əlavə ehtiyat aktivlərinin ayrılmasını təsdiqləyib.
Trend TASS -a istinadən xəbər verir ki, bu barədə fondun yaydığı bəyanatda bildirilib.
"BVF İcraiyyə Şurası qlobal likvidliyi artırmaq üçün 650 milyard dollar məbləğinə ekvivalent xüsusi borcalma hüquqlarının (SDR, BVF-nin hesab vahidi olan SDR, nağdsız formaya malikdir və dəyəri hər gün əsas valyutaların bazar məzənnələrinə əsasən müəyyən edilir) ümumi ayrılmasını təsdiqlədi", - sənəddə deyilir.
banner

Oxşar Xəbərlər