AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bundan sonra heç kim bizi mədəniyyətimizin paytaxtı Şuşadan ayrı sala bilməz

Bundan sonra heç kim bizi mədəniyyətimizin paytaxtı Şuşadan ayrı sala bilməz

Cəmiyyət
08 May 2021, 18:30 1105
8 may Qarabağımızın, Azərbaycanımızın dilbər guşəsi, göz bəbəyi Şuşanın 29 il öncə düşmən və onun qanlı havadarları tərəfindən işğalı günüdür. Yaddaşımızdan bu günün izlərini nə qədər silməyə çalışsaq da, hələ ki, mümkün deyil, buna zaman lazımdır. Bəli, 8 rəqəmi bizə həm də Ağ Günün, Zəfər Gününün tarixidir. Düz 6 ay öncə Şuşanın 28 il 6 aylıq işğalına, Şuşasızlıq həsrətimizə birdəfəlik son qoyduq. Şuşa ilə bərabər həm də Qarabağsızlığa son qoyuldu. Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz bu həsrətimizə son qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirlərı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
Deputat qeyd edib ki, Şuşanın azad olunması iki gün sonra tarixi Qələbəmizi şərtləndirdi, düşməni diz çökdürdü. Ərazi bütövlüyümüz təmin olundu: "Kimsə artıq Qarabağı bizdən ala, qopara bilməz. Bu, mümkün deyil və olmayacaq.
Qalib Ali Baş Komandanın qürurla dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!
8 maydan bir gün öncə, məhz 2021-ci il 7 may tarixində Prezident İlham Əliyev növbəti-tarixi bir qərara, Sərəncama öz mübarək imzasını atdı, Şuşanı bir daha dirçəltdi, bir daha yaşatdı. Belə ki, Prezidentin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncam Qələbəyə, Zəfərə bərabər bir ali sənəd oldu. Tarixdə də məhz belə qalacaq.
Jalə Əliyeva bildirib ki, Sərəncamda da deyildiyi kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq. "Bəli, hər birimizin sevincdən, fərəhdən gözünü yaşardan, qəlbini fərəhləndirən, riqqətləndirən bir addım. Yaşasın, bizi addım-addım, misqal-misqal qələbələrdən-qələbələrə aparan Prezident, Ali Baş Komandan İlham Əliyev!”.