Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb
 
                        2021-ci ilin yanvar-oktyabr ayları ərzində 247 308 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb.
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artıb.
2021-ci ilin 10 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakının, qalanları isə bölgələrin payına düşür.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8% artaraq 42 029 olub.
                                            
         Bakı 19°C
 Bakı 19°C