Bu gün futzal üzrə Azərbaycan millisi Polşa yığmasının qonağı olacaq

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Milli komandamız Polşa yığmasının qonağı olacaq.
Hesabında 9 xal olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin edib. Qarşılaşma qrup liderliyi baxımından əhəmiyyətli olacaq.
Bakı vaxtı ilə saat 23:00-da Koşalin idman zalında start götürəcək oyunu estoniyalı baş hakim Yaqnar Yakobson idarə edəcək.
