• cümə, 26 Aprel, 14:46
  • Baku Bakı 23°C

Braziliyada Konfederasiya kuboku başlayır

15.06.13 09:42 1806
Braziliyada Konfederasiya kuboku başlayır
Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə keçiriləcək yarışda 8 komanda mübarizə aparacaq.
Bu komandalar isə 2 qrupa bölünəcək. A qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya yığmaları çıxış edəcək. B qrupunda isə İspaniya, Uruqvay, Taiti və Nigeriya milliləri münasibətlərinə aydınlıq gətirəcək.
Açılış matçında yalnız A qrupunun 1 oyunu baş tutacaq. Burada Braziliya yığması Yaponiya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
15 iyun
A qrupu
00:00. Braziliya – Yaponiya
banner

Oxşar Xəbərlər