AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Birinci siniflərə qəbul başlayır

Birinci siniflərə qəbul başlayır

Cəmiyyət
20 Aprel 2021, 15:00 1143
Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 
 
Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  
 
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni  ümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.
 
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.