AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" bu gün məhv edilib - VİDEO

Cəmiyyət
30 Oktyabr 2020, 17:41 188

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.