Bekhem onlarla şərik oldu
"Mançester
Yunayted”in sabiq futbolçusu Devid Bekhem sabiq həmklubları ilə şərik olub.
Kaspi.az xəbər
verir ki, Bekhem "Selford” klubunun səhmlərini alıb. O, klubun 10 faiz səhmlərinə
sahib çıxıb.
Bu klubun səhmdarları
arasın da Bekhemin sabiq komanda yoldaşları Pol Skoulz, Rayan Giqqz, Nevill
qardaşları nə Niki Batt da var.
Bekhemə hələ 4
il əvvəl bu layihədə iştirakçı olmaq təklif edilmişdi. Ancaq həmin vaxt o, bu təklifdən
imtina edərək MLS-də klub yaratmaqla məşğul olmuşdu.
Bekhem Amerikada
bütün işlərini həll etdikdən sonra sabiq həmklublarının layihəsinə qoşulmağı da
məqsədəuyğun hesab edib.
MY-nin sabiq
futbolçuları "Selford”un səhmlərini 2013-cü ildə almışdılar. Həmin vaxt komanda
8-ci divizionda çıxış edirdi. Hazırda isə 5-ci divizionda mübarizə aparır.