AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

İdman
18 Aprel 2021, 16:45 853
16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından kaspi.az-a verilən məlumata görə, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.
Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.