• cümə axşamı, 28 mart, 20:36
  • Baku Bakı 13°C

“Bavariya” “Arsenal”a qarşı “təxribat” törədib

10.10.19 15:30 786
“Bavariya” “Arsenal”a qarşı “təxribat” törədib
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Bavariya”nın futbolçusu Serje Qnabri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qnabri 2012-2015-ci illərdə "Arsenal”da çıxış edib. Venger bildirib ki, futbolçunun "Arsenal”la müqaviləni uzatmamağına "Bavariya” mane olub:
"O, həmişə istedadı ilə fərqlənib. Ancaq karyerasının müəyyən dönəmində özünəinamı çatışmırdı. Ancaq həmişə düşünürdük ki, bizdə uzun müddət kluba yüksək səviyyədə xidmət edə biləcək futbolçu var.
Ancaq sonra Qnabri "Vest Bromviç”dəki uğursuz icarə dönəmindən qayıtdı. Yenə də özünəinamı çatışmırdı. Mən bütü qüvvəmlə ona kömək etməyə çalışırdım.
Onunla müqaviləni uzatmaq üçün uzun müddət danışıq apardıq. Ancaq "Bavariya” bu məsələdə manipulyasiya etmişdi. O, futbolçunu inandırmışdı ki, "Verder”ə keçsə, qısa müddətdən sonra "Bavariya”da olacaq”.
banner

Oxşar Xəbərlər