• cümə, 26 Aprel, 14:17
  • Baku Bakı 23°C

Bakıda 20-yə yaxın yerdə bayram yarmarkası təşkil olunub

14.12.21 19:19 261
Bakıda 20-yə yaxın yerdə bayram yarmarkası təşkil olunub
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən şəhərin müxtəlif ərazilərində - parklarda, meydanlarda və küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işiq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır.
Bakı Şəhər İcra HakimiyyətindənKaspi.az-a verilən məlumata görə, eyni zamanda Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərin 12 rayonu üzrə 20-yə yaxın ünvanda bayram yarmarkaları təşkil olunub.
"Bir daha paytaxt sakinlərindən xahiş edirik ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda pandemiya ilə bağlı müəyyən edilmiş mövcud qaydalara və tələblərə uyğun hərəkət etsinlər, özlərini, ailə üzvlərini və yaxınlarını xəstəliyə yoluxmaqdan qorusunlar", - deyə qeyd edilir.
banner

Oxşar Xəbərlər