• şənbə, 27 Iyun, 19:50
  • Baku Bakı 25°C

Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın “parkovşik” cərimələnib

25.01.22 11:30 479
Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın “parkovşik” cərimələnib
Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.
Bu barədə"Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini "parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.
"Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, - DYP rəsmisi vurğulayıb.
banner

Oxşar Xəbərlər