• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

Bahar Muradova: Azərbaycan hər zaman istedadlı övladları ilə fərqlənib

11.06.21 20:00 240
Bahar Muradova: Azərbaycan hər zaman istedadlı övladları ilə fərqlənib
Azərbaycan hər zaman istedadlı övladları ilə fərqlənib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət müasir Azərbaycan gəncliyinin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. Bu siyasətin, dövlət proqramlarının nəticəsidir ki, hazırda Azərbaycanda bütün istiqamətlərdə istedadlı gənclər fəaliyyət göstərirlər.
AZƏRTACxəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri qeyd edib ki, müstəqillik illərində bu sahədə xeyli iş görülüb. Uşaqların rahatlığı və sağlam şəraitdə böyüməsi üçün hər bir fəaliyyət sahəsində tədbirlər görülür. "Komitə uşaqların maraqlarının qorunması istiqamətində fəaliyyət göstərir, amma bununla belə istedadlı gənclərlə işə xüsusi önəm verir. Biz bu gün ölkəmizin, regionlarımızın istedadlı gəncləri ilə görüşdük. Bu cür gənclərə diqqət və qayğı göstərmək borcumuzdur. Bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir”, - deyə B.Muradova qeyd edib.
banner

Oxşar Xəbərlər