• cümə axşamı, 25 aprel, 18:27
  • Baku Bakı 21°C

“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak olub, üç nəfər yaralanıb

04.06.21 12:50 412
“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak olub, üç nəfər yaralanıb
Azərbaycanda jurnalistlər minaya düşüb.
APA-nın məlumatına görə, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən bildirilib.
Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
AzTV-nin rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb.
Baş verən hadisənin erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğu qeyd edilib.
Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər