• cümə, 26 Aprel, 09:52
  • Baku Bakı 12°C

Azərbaycanın paralimpiya çempionları dünya çempionatına yollanıb

08.06.22 16:30 490
Azərbaycanın paralimpiya çempionları dünya çempionatına yollanıb

Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov yer alıb. Onlar mundialda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xatırladaq ki, iyunun 18-dən davam edəcək dünya çempionatı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

banner

Oxşar Xəbərlər