• çərşənbə axşamı, 19 mart, 15:44
  • Baku Bakı 8°C

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub

14.05.21 19:15 879
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Trend-in məlumatına görə, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qiymətlərində qeydə alınıb.
Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə edilib.
banner

Oxşar Xəbərlər