• şənbə, 20 Aprel, 14:09
  • Baku Bakı 23°C

Azərbaycanda inflyasiya tempi azalıb - Elman Rüstəmov

30.07.21 13:35 324
Azərbaycanda inflyasiya tempi azalıb - Elman Rüstəmov
Əsasən, xərc amillərinin təsirini nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksək istiqamətində təsis edilib və Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunun yuxarı həddinə yaxnılaşacağı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, ölkədə ötən faiz qərarının açıqlanmasından bəri inflyasiya tempi azalıb və iyunda 0,5%-lik aylıq deflyasiya, illik inflyasiya isə 4,7% olub.
AMB sədri bildirib ki, illik ərzaq inflyasiyası 5,3% təşkil edib ki, bu da qlobal ərzaq inflyasiyası ilə müqayisədə təxminən 10 faiz bənd azdır.
Qeyd edək ki, 2020-ci ildə illik inflyasiya 2,8%, ilin ilk yarısında isə 4,3% təşkil edib. Hədəf diapazonu isə 4±2% civarındadır.
banner

Oxşar Xəbərlər