• çərşənbə axşamı, 16 aprel, 10:12
  • Baku Bakı 14°C

Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıb

25.05.22 16:00 532
Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıb

Azərbaycanda baş verən yüksək inflyasiya əsasən idxal inflyasiyası ilə bağlıdır.

"Report”un xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sevinc Həsənova hesab edir ki, yalnız Azərbaycanda deyil, bütün dünyada COVID-dən sonrakı dövrə keçid olaraq yaranmış tələbin qarşılanmasındakı çətinliklər misli görünməmiş inflyasiya təzyiqləri yaradıb.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da bu təzyiqlərdən yan ötməyib: “Bizim verdiyimiz 6 %-lik proqnoza nisbətən inflyasiya daha yüksək – 17 % səviyyəsində olub. Beynəlxalq təşkilatıların proqnozuna görə 2021-ci ilin son ayında ən yüksək həddə çatacağı, növbəti ildə əmtəə qiymətləri indeksinin 2021-ci ilin artım tempi ilə müqayisədə nisbətən aşağı olacağı, 2022-ci ilin ortalarına qədər həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı ehtimal edilsə də, pandemiyanın təsiri nəticəsində qlobal təchizat və istehsal logistika zəncirində baş vermiş sınmaların hələ də qalması, xüsusilə də son aylar Rusiya-Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokunun baş verməsi, dünyanın müxtəlif yerlərində baş verən iqlim dəyişiklikləri, o cümlədən, quraqlıq səbəbindən məhsuldarlığın azalması bir sıra məhsulların ixracını azaldıb. Bu da bir çox məshulların qiymətlərinin artmasına gətirib çıxarıb”.

banner

Oxşar Xəbərlər