• şənbə, 20 Aprel, 07:21
  • Baku Bakı 14°C

Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər

02.06.20 10:07 557
Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər
Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib.
Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.
O bildirib ki, bu baxımdan perspektiv istiqamətlərdən biri Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, enerji obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılmasıdır.
S.Ştelyuk xatırladıb ki, 2020-ci il mayın 5-də Ukrayna baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli və "SOCAR Energy Ukraine” şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko tərəfindən imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində "Çonqar” nəzarət-buraxılış məntəqəsində xidmət qovşağının tikintisi layihəsinin birgə reallaşdırılması nəzərdə tutulub.
Müşavirin sözlərinə görə, enerji sahəsi son dövrlərdə fəal inkişaf edən Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının aparıcı istiqamətlərindən biridir:
"Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildən Ukraynanın neft emalı müəssisələri üçün əsas neft tədarükçüsüdür”.
S.Ştelyuk bu kontekstdə SOCAR-ın Ukraynadakı fəaliyyətinin şaxələndirilməsini qeyd edib:
"SOCAR Ukraynanın pərakəndə neft məhsulları bazarının fəal iştirakçısıdır. Bu şirkətin brendi altında Ukraynanın bütün regionlarında 60-dan çox yanacaqdoldurma məntəqəsi işləyir. Son zamanlarda SOCAR Ukrayna qaz bazarının aparıcı operatoruna çevrilib”.
banner

Oxşar Xəbərlər