• şənbə, 27 Aprel, 01:02
  • Baku Bakı 14°C

Azərbaycan şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq

19.01.20 18:10 790
Azərbaycan şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq
1990-cı ilin 20 yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Diyarbəkirdə keçirilən tədbirdə şəhidlərin xatirəsini ehtiramla yad etdik.
Bu fikirləriAZƏRTAC–a açıqlamasında Türkiyənin Diyarbəkir vilayətinin valisi Həsən Basri Gözəloğlu deyib.
Vali qeyd edib ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, həm də qəhrəmanlıq tarixidir. O vurğulayıb ki, şəhidlərimizin xatirəsinə birlikdə ehtiram göstərməyimiz
Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir.
Vali əminliklə bildirib ki, Azərbaycan öz müstəqilliyini qoruyaraq gələcəyə doğru inamla addımlayacaq.

banner

Oxşar Xəbərlər