• şənbə, 20 Aprel, 16:20
  • Baku Bakı 23°C

Azərbaycan neftinin qiyməti yenidən 94 dollara çatıb

27.01.22 12:59 415
Azərbaycan neftinin qiyməti yenidən 94 dollara çatıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti2,68ABŞ dolları, yaxud2,94% artaraq93,84ABŞ dollarına çatıb.
Bu barədə"Report”a neft bazarındakı mənbə məlumat verib.
Dünən "Brent” markalı neftin bir bareli89,24ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti50ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin21-də (15,81ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı25%-dir.
banner

Oxşar Xəbərlər