AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 47 dolları ötüb

Azərbaycan neftinin qiyməti 47 dolları ötüb

İqtisadiyyat
06 Avqust 2020, 12:37 382
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,71 dollar artaraq 47,16 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.