bazar ertəsi, 04 iyul, 10:04

Baku Bakı 23°C

Azərbaycan neftinin qiyməti 123 dolları ötüb

icon 248 icon 18 may 2022 | 15:00 Azərbaycan neftinin qiyməti 123 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 123,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 122,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 116,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,37 dollar/barel çoxdur.