• cümə, 26 Aprel, 21:56
  • Baku Bakı 22°C

Azərbaycan Kuboku: “Qəbələ“ və “Neftçi“ finala çıxdı

24.04.14 19:35 1277
Azərbaycan Kuboku: “Qəbələ“ və “Neftçi“ finala çıxdı
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
İlk oyunda sərfəli heç-heçəyə imza atan "Rəvan" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Son ölkə çempionu inamlı qələbə qazanaraq, ilk finalçı olub. "Qəbələ" ilə səfər matçında 3 cavabsız qolla uduzan "Xəzər Lənkəran" isə doğma meydanda sensasiyaya imza atmağa çalışıb. Lakin cənublular yalnız öz meydanında buraxdığı erkən qolun əvəzini çıxa bilib. Nəticədə, "Qəbələ" finala yüksəlib.
Azərbaycan kuboku
Yarımfinal (cavab oyunları)

24 aprel
RƏVAN - NEFTÇİ - 1:3 (1:2)
Qollar: R.Qurbanov, 9 (0:1), X.M.Varea, 17 (1:1), Flavinyo, 18 (1:2), B.Bertuççi, 54 (1:3).
İlk oyun - 1:1.
XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: V.Mendi, 21 (0:1), J.Nildo, 56 (1:1).
İlk oyun - 0:3.
banner

Oxşar Xəbərlər