• cümə, 19 Aprel, 03:56
  • Baku Bakı 18°C

"Azərbaycan hər zaman qarşılıqlı faydalı əməkdaşlığa hazırdır"

04.07.20 16:30 717
"Azərbaycan hər zaman qarşılıqlı faydalı əməkdaşlığa hazırdır"
"Azərbaycan dünya miqyasında sülhün, əmin-amanlığın, qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafına layiqli töhfələr verən dövlətlərdəndir. Beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, COVİD -19- la bağlı dünya birliyinin, beynəlxalq təşkilatların səylərinin birləşdirilməsi, terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsi, satışı və insan alverinə qarşı mübarizənin təşkilindəki xidmətləri dövlətimizin nüfuzunun daima artmasına təkan verən amillərdir".
BunuSİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyinin təmininə istiqamətlənən neft, qaz marşrutlarının və mənbələrinin şaxələndirilməsi, Asiya ölkələrini Avropa ilə bağlayan nəhəng nəqliyyat, logistik transmilli layihələrin reallaşması dövlətimizin beynəlxalq aləmdə layiqli yer tutduğunun göstəricisidir. Böyük bir coğrafiyanı əhatə edən regionumuzda həyata keçirilməsi nəzərdə tutulailən heç bir layihə Azərbaycan dövlətinin və Prezidentinin razılığı olmadan baş tuta bilməz.
İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirdiyi görüş yuxarıda dediklərimi bir daha sübut edir. COVİD-lə əlaqədar Qoşulmama Hərəkatının Sammitinin təşkilinə, məsələ ilə bağlı dəyərli təşəbbüslərlə çıxış etdiyinə və əfqan xalqına göndərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edən dost Əfqanıstanın dövlət başçısı yeni regional layihələrin həyata keçirilməsində Azərbaycanın dəstəyinə və yardımına ehtiyac duyulduğunu dilə gətirmişdir. Nəqliyyat, telekommunikasiya, enerji təhlükəsizliyi, neft, neft məhsulları,qaz təchizatı və s . məsələləri əhatə edən təkliflərin müzakirəsi göstərdi ki, Azərbaycan hər zaman olduğu kimi regionun dövlətləri və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. Üzücü müharibələrdən, qanlı terrorlardan əziyyət çəkən dost Əfqanıstanın səsinə səs vermək, onun iqtisadi və digər layihələrini dəstəkləmək dövlətimizin rəhbərinin humanizm və insanpərvərlik kimi bəşəri dəyərlərə sıx bağlı bir siyasətçi olduğunun göstəricisidir".
banner

Oxşar Xəbərlər