• cümə, 29 Mart, 03:00
  • Baku Bakı 7°C

Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür

06.06.20 09:00 557
Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür
Gürcüstan Rusiyadan aldığı təbii qazın həcmini artırsa da, Azərbaycan bizim strateji təbii qaz tədarükçümüz olaraq qalır.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava parlamentin komitə iclasında söyləyib.
Nazir bildirib ki, 2019-cu ildə Gürcüstan idxal etdiyi qazın yalnız 7 faizini Rusiyadan alıb. Qalan həcm isə Azərbaycandan alınıb. Rusiyadan alınan təbii qazın həcmi az olsa da, bunun rəqabət baxımından müsbət təsirləri var. Builki idxal həcmi 2019-cu ildəki kimi olacaq. Lakin rəqabət təbii qaz bazarında, xüsusən də topdan satış bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Qeyd edək ki, N.Turnava iyunun 5-də parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin üzvləri ilə görüşüb. Üç saata yaxın davam edən görüş mətbuat nümayəndələri üçün qapalı olub.
Xatırladaq ki, Gürcüstanın cari il üzrə yenilənən təbii qaz idxalı proqnozuna əsasən, Rusiyadan 200 milyon kubmetr qaz idxal edəcək. Bu isə əvvəlki proqnozdan 30 milyon kubmetr çoxdur.
banner

Oxşar Xəbərlər