Azərbaycan daşınan yüklərin həcminin artırılması niyyətindədir

Azərbaycan daşınan yüklərin həcminin artırılması niyyətindədir

İqtisadiyyat
11 Oktyabr 2019, 13:22 169
Azərbaycan Lapis-Lazuli tranzit dəhlizi ilə daşınan yüklərin həcminin artırılması niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan son illər nəqliyyat qovşağına çevrilir: "Ölkəmizdən keçən dəhlizlərdən biri də Lapis-Lazuli tranzit dəhlizidir. Biz bu dəhlizlə daşınan yüklərin həcminin artırmasını istəyirik. Bu gün Əfqanıstanın Sənaye və Ticarət naziri ilə görüşdə bununla bağlı fikir mübadiləsi aparılıb. Düşünürük ki, Əfqanıstan məhsullarının həm ölkəmizə, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından dəhlizin böyük əhəmiyyəti var. Gələcəkdə dəhlizin təşviqi istiqamətində tədbirlər görüləcək”.
Ş.Mustafayev vurğulayıb ki, Əfqanıstan şirkətlərinin imkanlarının Azərbaycanda təqdimatına şərait yaradılacaq. Həmçinin Azərbaycan şirkətləri də niyyətləri olduğu təqdirdə Əfqanıstan bazarına çıxış imkanlarından istifadə edə bilərlər.