• cümə, 19 Aprel, 04:15
  • Baku Bakı 18°C

Aygün Əliyeva: "Peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir" - Video

21.01.21 15:45 623
Aygün Əliyeva: "Peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir" - Video
"Son günlər cəmiyyətdə vaksinasiya prosesi ilə bağlı çoxsaylı suallar var. Bir çox mətbuat nümayəndələri səhiyyə sistemi ilə çiyin-çiyinə çalışır, insanlara doğru-dürüst məlumatlar ötürürlər. Hər birinizə sonsuz sayğı və hörmətimizi çatdırırıq. Kimlərsə də bilərəkdən dövlətimiz tərəfindən insanların sağlamlığı naminə həyata keçirilən əvəzsiz işlərə kölgə salmağa çalışır.Hər kəsi əmin edirik ki, Azərbaycana gətirilən peyvəndlər insanların sosial statusuna görə fərqləndirilmir. Yeganə fərqlilik "bəzi insanların” baxış bucağındadır".
Kaspi.az xəbər verir ki, bu barədə TƏBİB-in departament rəhbəri Aygün Əliyeva sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün cəmiyyəti çaşdıran, "like” toplamaq üçün əsassız məlumatlar yayanlara ən tutarlı cavabı Birinci vitse-prezident Mehriban xanım Əliyeva verib. Bildirib ki, virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq, biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.
banner

Oxşar Xəbərlər