• cümə, 26 Aprel, 21:00
  • Baku Bakı 22°C

Axmaq olub, xoşbəxtliyi pulda axtarıb

12.09.19 15:47 634
Axmaq olub, xoşbəxtliyi pulda axtarıb
"Fiorentina”nın futbolçusu Kevin-Prins Boatenq karyerasında yol verdiyi səhvlər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Boatenq intizamsız olduğunu, məşqlərə ciddi yanaşmadığını etiraf edib. O, xoşbəxtliyi pulda axtarmaqla səhvə yol verdiyini vurğulayıb:
"Düzünü desəm, futbola işim kimi yanaşmırdım. Mən tamamilə axmaq idim. İstedadım vardı, ancaq məşqlərdə bir saatdan artıq vaxt keçirmirdim.
Məşqə hamıdan sonra gəlib, hamıdan əvvəl gedirdim. Məni idman zalına salmaq mümkün deyildi.
Kral kimi yaşayırdım. Çoxlu pulum vardı. Belə yanaşma gələcək karyeraya pis təsir edir. Mən xoşbəxtliyi pulda – maddiyatda axtarırdım. Bahalı maşın adamı cəmisi bir həftə xoşbəxt edə bilər. "Lamborghini”, "Hummer”, "Cadillac” alırdım ki, 3 həftə xoşbəxt ola bilim”.
banner

Oxşar Xəbərlər