• şənbə, 20 Aprel, 09:45
  • Baku Bakı 14°C

Avstriyalı hücumçu: “Azərbaycan üzərində qələbə çox önəmlidir”

09.03.23 18:30 899
Avstriyalı hücumçu: “Azərbaycan üzərində qələbə çox önəmlidir”

“Azərbaycan və Estoniya üzərində qələbələr bizim üçün çox önəmlidir”.

“Report” xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri ilk iki oyun barədə danışarkən deyib.

Almaniyanın “Frayburq” klubunun formasını geyinən 29 yaşlı hücumçu yenidən yığmaya çağırılacağını düşünür. Qreqoriç hədəflərinin Almaniyadakı final mərhələsinə qatılmaq olduğunu bildirib: “Əlbəttə ki, məqsədimiz 2024-cü ildə Almaniyadakı qitə birinciliyində mübarizə aparmaqdır. Bunun üçün seçmə mərhələyə uğurlu start götürmək şərtdir. Azərbaycanla qarşılaşmaya hazırlaşmaq üçün 4-5 gün vaxtımız olacaq. Bundan səmərəli yararlanmalıyıq”.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, üç gün sonra isə Estoniya millisini Lins şəhərində qəbul edəcək.

banner

Oxşar Xəbərlər