Avropada ən dəyərli heyət hansı klubdadır?
İdman
araşdırmalar mərkəzi "CIES Football Observatory” Avropanın aparıcı futbol
klublarının heyətini dəyərləndirib.
Kaspi.az xəbər
verir ki, "Liverpul” Avropa klubları arasında heyətinə görə ən dəyərlidir. "Qırmızılar”ın
indiki heyəti 1,4 milyard avrodur.
"Liverpul”
"Mançester Siti”ni az fərqlə üstələyib. "Şəhərlilər”in heyətinin dəyəri 1,36 milyard avrodur. 3 və 4-cü pillələrdə isə
İspaniya nəhəngləri – "Barselona” və "Rea”l”dır.
Mərkəz dünyanı n
ən bahalı futbolçusunu da müəyyənləşdirib. PSJ-nin futbolçusu Kilian Mbappe 248
milyon avro qiymətlə dünyanın ən bahalı futbolçusu hesab edilib.