• çərşənbə axşamı, 19 mart, 07:00
  • Baku Bakı 8°C

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

26.09.22 10:00 1222
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət bəlli olub.

Kaspi.az-ın məlumatına görə, yığma püşkatmaya 4-cü torbadan qatılacaq.

UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatmadığı üçün bəzi komandaların səbətləri dəqiqləşməyib.

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (dəqiq deyil)

2-ci səbət: Çexiya (dəqiq deyil), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (dəqiq deyil), Norveç (dəqiq deyil), Serbiya (dəqiq deyil)

3-cü səbət: Ukrayna (dəqiq deyil), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (dəqiq deyil), İslandiya (dəqiq deyil), Finlandiya (dəqiq deyil), Albaniya (dəqiq deyil),

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (dəqiq deyil), Kosovo (dəqiq deyil), Slovakiya (dəqiq deyil)

5-ci səbət: Kipr (dəqiq deyil, Bolqarıstan (dəqiq deyil), Şimali İrlandiya (dəqiq deyil), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino

Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

banner

Oxşar Xəbərlər