AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Argentina qol vura bilmədi

Argentina qol vura bilmədi

İdman
08 İyun 2013, 10:14 1059
2014-cü il dünya çempionatının seçmə mərhələsində Cənubi Amerika zonasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Argentina milli komandası Kolumbiya yığması ilə qarşılaşıb.

Buenos-Ayresdə baş tutan matçda qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində tərəflərin ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb - 0:0.

Bu görüşdə hər iki komandanın bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Matçın 27-ci dəqiqəsində meydan sahiblərinin heyətində Qonsala İquain və Kolumbiyadan Kristian Sapata komandalarını azlıqda qoyub.

Qeyd edək ki, Argentina millisi 25 xalla Cənubi Amerika zonasında liderdir. Kolumbiya isə 20 xalla ikinci yerdə qərarlaşır.

DÇ-2014-ün seçmə mərhələsinin qrup görüşü

Argentina – Kolumbiya – 0:0